"Lüks həyat yoxdur, iki yaşlı oğlumu qəzet kağızlarının üzərində yatızdırmışam" -

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı aparıcılıq etdiyi "Səni axtarıram" verilişində etirafı ilə gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, Xoşqədəm Hidayətqızı efirdə bu sözləri deyib:

"Filmlərə baxıb, lüks həyat yaşamaq istəyirsiniz. Lüks həyatlar, filmlər boş şeylərdir. Lüks həyat yoxdur, işləmədən heç nəyə nail ola bilməyəcəksiniz. Öz ayağınızın üzərində durmaq üçün zəhmət çəkmək, əmək sərf etmək lazımdır. Xoşqədəmə bənzəmək istəyirsən?! İki yaşlı oğlumu qəzet kağızlarının üzərində yatızdırmışam. Baxan yox idi".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının üç övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR