Əfqanıstanın paytaxtı Kabildə iki, Helmand əyalətində isə bir partlayış baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarındakı mənbə “RİA Novosti”yə bildirib.
Qeyd olunub ki, bomba Kabilin cənub-şərqindəki bir ərazidə partladılıb, nəticədə üç nəfər ölüb.
Həmçinin, Helmand əyalətinin qubernatorluğu əyalətin cənub hissəsində yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində azı dörd nəfərin yaralandığını bildirib. Onlardan üçünün vəziyyəti ağırdır.