Şəhid ailələrinin üzvləri və qazilərə 20 644 sosial ödəniş təyin edilib

"Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlər sosial dəstəklə təmin olunur".

Metbuat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə deyib.

O bildirib ki, bu dəstək tədbirləri çərçivəsində 40 min şəxsə 46 min xidmət göstərilib.

"O cümlədən, şəhid ailələrinin üzvləri və müharibə əlilləri olan 10 351 şəxsə 20 644 sosial ödəniş təyin edilib. Onlar üçün sosial ödənişlərin məbləği 2021-ci ilin əvvəlindən növbəti dəfə əhəmiyyətli şəkildə artırılıb. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib və bu il də onlara 3 min mənzil/fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq 2700 mənzil təqdim edilib", - nazir vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR