Pakistanlı nazir Ceyhun Bayramovla bağlı paylaşım etdi -

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü barədə paylaşım edib.

Metbuat.az xəbər verir ki, Şah Mahmud Qureyşinin Tvitter səhifəsindəki paylaşımda deyilir:

“Sizi Pakistanda salamlamaqdan məmnunam, Ceyhun Bayramov. İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş 17-ci növbədənkənar iclasında uğurlu nəticələr üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR