“Taliban”dan qaçqın əfqanlara -

Əfqanıstandakı “Taliban” hökuməti ölkədə təhlükəsizlik və əmin-amanlığın bərqərar olduğunu, qaçqın olan əfqanların öz evlərinə qayıda biləcəyini bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə “Beynəlxalq Miqrantlar Günü” münasibətilə Kabildə keçirilən proqramda deyilib.

"Biz geri qayıtmağa çağırırıq. İndi Əfqanıstanda sülh var. Hər kəs amnistiyadan istifadə edib ölkəyə qayıda bilər", - “Taliban” hökumətinin baş nazirinin müavini Məhəmməd Həsən Axundun nesajında qeyd edilib.

“Taliban” administrasiyasının qaçqınlar və qayıdışlar nazirinin müavini Muhammed Arsalan Harotay çıxışına miqrasiyanın qarşısının alınmasında ölkəsinə maliyyə dəstəyi verən dövlətlərə təşəkkür edib:

"Ölkədən köçən milyonlarla əfqanın geri dönməsini gözləyirik. “Taliban” rəhbərliyi biometrik sistemin daxilində və xaricində əfqan immiqrantlar üçün istifadə ediləcəyi bir məlumat emalı mərkəzi qurmağı planlaşdırır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR