Türkiyə və Qətər Kabil hava limanı ilə bağlı razılığa gəldi

Türkiyə və Qətər Kabildəki beynəlxalq hava limanını birgə idarə edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə razılıq Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dekabrın 7-də Qətərə səfəri zamanı əldə olunub.

Türkiyə və Qətər nümayəndələri bu gün Kabilə səfər edəcək və sözügedən razılığı Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hökumətinə təqdim edəcəklər.

Qeyd edək ki, "Taliban" hakimiyyəti ələ keçirəndən bir neçə gün sonra Kabildəki beynəlxalq hava limanının Türkiyə və Qətər tərəfindən idarə edilməsi barədə təklif səsləndirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR