40 milyon doza peyvənd məhv edilə bilər - Əhali imtina edir

Şərqi Afrika ölkələri - Tanzaniya, Keniya, Uqanda və Ruandada ümumilikdə 40 milyon doza koronavirus peyvəndinin istifadə tarixi bitmək üzrədir.

Metbuat.az xəbər verir ki, sakinlər peyvəndə az maraq göstərdiyinə görə, belə vəziyyət yaranıb. Bildirilir ki, Şərqi Afrika ölkələrinə ümumilikdə 74 milyon doza peyvənd göndərilib. Onların bir hissəsini ölkələr özləri alıb, bir hissəsi isə bu dövlətlərə pulsuz göndərilib. 74 milyon doza peyvənddən 30 milyon dozası istifadə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR