Mədinə Qiyasbəyli vəfat etdi

Yanvarın 1-də pedaqoq və metodist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mədinə Qiyasbəyli dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, Bakı Slavyan Universitetindən( BSU) verilən məlumata görə, Mədinə Qiyasbəyli uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Mədinə Qiyasbəyli 1948-ci il mayın 6-da Bakı şəhərində anadan olub. Mədinə Qiyasbəyli xarici dil kimi rus dili üzrə tədris vəsaitləri komplektlərinin hazırlanmasına ciddi töhfələr verən metodist-alim olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR