Şabanın oğlu qızları üçün Yeni ili ətəkdə qarşıladı -

Mərhum aktyor Kemal Sunalın oğlu Ali Sunal sosial şəbəkə paylaşımı ilə diqqət şəkib.

Metbuat.az xəbər verir ki, aktyor instaqram hesabında Yeni il gecəsi qızları Narin və Nil ilə çəkilən fotosunun yayımlayıb. Bu zaman Alinin geyimi müzakirələrə səbəb olub. Belə ki, o, qızlarına görə əyninə mavi rəngli ətək geyinib.

Ali Sunal paylaşımına "Qız atası olmağın gözəlliklərindən biri də bu deyil, Tarkan? Bir ətəyim çatışmırdı" sözlərini əlavə edərək müğənni Tarkanın adını işarələyib.

Aktyorun qızları ilə olan fotosu bir çox məşhurlar, o cümlədən sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Ali Sunal 2018-ci ildə iranlı Nazlı Qurbanzadə ilə ikinci ailə həyatı qurub. 2019-cu ildə cütlüyün ilk, ötən ilin iyulunda isə ikinci qız övladları dünyaya gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR