Hacı Nurana VƏZİFƏ VERİLDİ

Teleaparıcı Nuran Hüseynov (Hacı Nuran) yeni vəzifəyə təyin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım edib.

Belə ki, o, Azərbaycan Alpaqut Federasiyasının İctimai məsələlər üzrə vitse-prezidenti təyin edilib.

Qeyd edək ki, alpaqut müqəddəs döyüşçü mənasındadır. Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR