“Qazaxıstana göndərilən sülhməramlıların silahdan istifadə etmək hüququ var”.

Metbuat.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas “RİA Novosti”yə açıqlamasında belə deyib.

O bildirib ki, KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələri silahlı dəstələrin hücumu zamanı atəş açmaq hüququna malikdir.

Eyni zamanda o qeyd edib ki, sülhməramlılar vəziyyətə uyğun olaraq, qərarlar qəbul edəcəklər.