Əlillik təyinatı alan Vətən müharibəsi qazilərinin sayı AÇIQLANDI

“Vətən müharibəsi iştirakçılarına əlillik təyinatına həssas yanaşılır. Ötən ilin yanvarında ölkə Prezidenti tərəfindən sərəncam verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər müvafiq dövlət qurumları ilkin olaraq ağır hal kimi qiymətləndirilən 3805 qazinin qiymətləndirilməsini aparıb”.

Metbuat.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib. Onun sözlərinə görə, onlardan 3729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb:

“2021-ci il ərzində Vətən müharibəsinin 2500-dən artıq qazisinə əlillik təyinatı aparılıb. Ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyaları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR