Rusiya zirehli texnikalarının Qazaxıstana göndərilmə görüntüləri -

KTMT-nin Rusiya sülhməramlılarının hərbi qulluqçuları və hava-desant texnikası Qazaxıstana çatdırılmaq üçün İvanovo vilayətindəki aerodroma gətirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirib.

“İvanovo vilayətinin hava limanında Qazaxıstan Respublikasına uçan İl-76 hərbi-nəqliyyat təyyarələrinə hərbi qulluqçuların və hava-desant qüvvələrinin yüklənməsinə başlanılıb. Hərbi-nəqliyyat təyyarələri ilə 20-dən çox təyyarə uçuşunun həyata keçirilməsi planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR