“Cim-Bom” Fatih Terimlə yollarını ayırdı

“Qalatasaray” baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, Terim bu gün klub prezidenti Burak Elmasla görüşdən sonra vəzifəsindən ayrılıb. Qeyd edilir ki, Terimin istefası klubun İdarə Heyətinin səsverməsi ilə qəbul edilib.

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə “Qalatasaray”a rəhbərlik edən Fatih Terimin “cim-bom”da 4-cü dönəmi 2017-2022-ci illəri əhatə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR