Qəbir qazarkən dəhşət yaşandı: 4 nəfər öldü - Səbəbi bilinmir

Tanzaniyada dəhşətli hadisə baş verib.

Metbuat.az xəbər verir ki, ölən qohumlarının qəbrini qazan 4 şəxs naməlum səbəbdən vəfat edib. Ərazidə araşdırmalar aparan polis şübhəli vəziyyətə rast gəlməyib. Ehtimal edilir ki, onları ildırım vurub. Hadisə zamanı daha 1 nəfər xəsarətlər alıb. Məlumata görə, həmin ərəfədə digər bölgədə daha 5 kişinin ildırım düşməsi nəticəsində öldüyü bildirilir.

Buna görə də, polis qəbiristanlıqda olan 4 şəxsin də təbii fəlakətin qurbanı ola biləcəyini nəzərdən keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR