Bu qaydanı pozan şəxslər 6 min manat cərimə olunacaqlar -

Bərbərxana və gözəllik salonlarına da kassa-aparatları qoyulacaq. Məqsəd kölgə iqtisadiyyatının miqyasını azaltmaq və gəlirləri leqallaşdırmaqdır.

Metbuat.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vərgi Xidmətinin əməkdaşı Eldar Mədətov "Xəzər Xəbər"ə bildirib ki, bu ilin yanvarın 1-dək Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisinalar nəzərə alınmaqla, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları məcburi olaraq nəzarət-kassa aparatları ilə həyata keçirilirdi. Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bu siyahı genişləndirilib.

Eldar Mədətov deyib ki, qeyd edilən fəaliyyət sahəsində, yəni bərbərxanalar və gözəllik salonlarında da vergi münasibətlərində şəffaflıq təmin ediləcək.

Qeyd edək ki, bərbərxanalar və gözəllik salonunda işləyənlərin bir çoxu məsələdən xəbərsiz olduqlarını deyirlər.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasında qaydaların pozulmasına görə vergi ödəyicisinə belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox yol verildikdə 6000 manat məbləğində cərimə olunacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR