Türkiyənin İLK KƏŞFİYYAT gəmisi istifadəyə verildi: Düşmənin hərbi texnikalarını siqnallarla sıradan çıxarır

Türkiyənin ilk kəşfiyyat gəmisi TCG Ufuk bu gün istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, mərasimdə prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Qeyd edək ki, gəminin uzunluğu 99,5 metr, eni isə 14,4 metrdir. Məlumata görə, gəmiyə helikopterlərin enməsi üçün zolaqlar var. Gəmi 45 gün fasiləsiz üzərək dənizdə qala bilir. Gəminin elektron sistemini ASELSAN hazırlayıb.

Gəmi hərbi tapşırıqları yerinə yetirə o cümlədən elektron siqnallarla düşmənin hərbi sistemlərini sıradan çıxara bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR