Uqanda hakimiyyəti 400 min doza koronavirus peyvəndini məhv etdi

Uqanda səlahiyyətliləri "Moderna"nın 400 min dozası olan koronavirus peyvəndinin müddəti bitdiyi üçün məhv edib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Uqandanın səhiyyə naziri Ceyn Asenq bildirib.

"Moderna" peyvəndi aşağı temperaturda saxlanılır və istifadə etməzdən əvvəl əridilməlidir", - səhiyyə naziri deyib.

Uqanda bu günə qədər 34 milyon dozadan çox peyvənd alıb, onlardan 12,2 milyonu istifadə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR