Qurbanovun futbolçu oğluna Türkiyə nəhəngindən TƏKLİF

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı legioner həyatı yaşaya bilər.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu 20 yaşlı futbolçu ilə maraqlanır.

2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olan Önder Karaveli Qurbanlını klubda görmək istəyir.

Türkiyə KİV-ə görə, artıq bununla bağlı “Qarabağ” rəsmiləri ilə danışıq başlayıb.

Qeyd edək ki, "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı bu mövsüm Premyer Liqada keçirdiyi 8 oyunda 6 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR