ŞOK İDDİA: Putinin striptiz salonunun görüntüləri yayıldı -

Rusiya müxalifətinin lideri Aleksey Navalnının internet səhifəsində prezident Vladimir Putinə məxsus olduğu irəli sürülən Qara dəniz sahillərindəki sarayı ilə bağlı yeni fotolar yayılıb.

Metbuat.az xəbər verir ki, xəbərdə saraydakı striptiz salonun görüntüləri paylaşılıb. Müxalifət liderinin komandası tərəfindən ilk dəfə paylaşılan fotolarda səhnədəki rəqs dirəyinin olması diqqət çəkir. Sarayda həmçinin qumarxana və əyləncə mərkəzi olduğu irəli sürülür. Qeyd edək ki, bundan əvvəl saraydakı striptiz salonu olduğu iddia edilən salonun komputerlə düzəldilmiş forması yayılmışdı.

Qara dəniz sahillərindəki sarayın 1,3 milyard dollara başa gəldiyi irəli sürülür. Sarayın ilk dəfə görüntüləri ötən il yayılmış və qısa müddət ərzində 20 milyondan çox izlənmişdi.

Vladimir Putin sarayın özünə və yaxın qohumlarına məxsus olduğunu təkzib edib.

Putinə yaxınlığı ilə bilinən milyarder Arkadi Rotenberq bildirib ki, saray özünə məxsusdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR