Rusiyada KVN komandası “Şuşa” adını “Buta”ya dəyişdi: Qadağa yoxsa... -

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını dəyişib.

Metbuat.az İTV-yə istinadən xəbər verir ki, festivalın ikinci turunda iştirak edəcək komandaların siyahısı KVN-in rəsmi saytında dərc olunub. “Siyahıda Azərbaycan komandasının adı “Buta” olaraq qeyd edilib. Komanda adını dəyişmək qərarına gəlib”, - məlumatda bildirilib.

Qeyd olunub ki, komandanın rəhbəri ssenarist və prodüser Müşviq Abbasovla əlaqə saxlanılsa da, zəngə cavab verilməyib. Vurğulanıb ki, məsələ barədə sabah ictimaiyyətə açıqlama verilməsi planlaşdırılır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR