Komandolarımız təlim məşqləri keçirdi -

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissəsində təlim məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, təlimin ssenarisinə uyğun olaraq taktiki yerdəyişmə fəaliyyətləri icra edən komandolar kəşfiyyat məlumatları əsasında şərti düşmənin kəşfiyyat-diversiya qrupunun təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyiblər.
Komandolar maskalanma tələblərinə əməl etməklə sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə kəşfiyyat aparma, şərti düşmən sığıcaqlarının aşkar edilməsi, eləcə də kəşfiyyat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR