Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 217 vaksin vurulub.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 791, “buster” doza üzrə isə 20 805 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 11 791 254, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 212 082, ikinci mərhələ üzrə 4 727 150 nəfər təşkil edir. Ümumilikdə isə 1 852 022 “buster” doza vurulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR