Məşhur aktyor vəfat etdi -

Teatr və kino aktyoru, RSFSR-in Əməkdar artisti Rəsmi Cəbrayılov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Mayakovski adına Moskva Akademik Teatrı məlumat yayıb.

"Yanvarın 22-də axşam saatlarında Rusiyanın Əməkdar artisti, Mayakovski adına teatrın aktyoru Rəsmi Xalid oğlu Cəbrayılov uzun sürən xəstəlikdən sonra 89 yaşında vəfat edib. Cəbrayılovun ailəsinə və yaxınlarına başsağlığı veririk. Bütün Mayakovçular üçün bu, böyük bir düzəlməz itkidir" - teatrın məlumatında deyilir.

Qeyd olunur ki, Cəbrayılov orijinal görünüşə və güclü temperamentə malik, canlı obrazlar qalereyası yaradan aktyor olub.

Milliyətcə ləzgi olan Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan respublikasının Qasımkənd rayonunda anadan olub. Rəsmi Cəbrayılov 1955-ci ildə Rusiya Teatr Sənəti Universitetinin aktyorluq fakültəsini, sonra isə 1961-ci ildə həmin universitetin rejissorluq fakültəsini bitirib. Uzun illər əvvəl SSRİ, sonra Rusiyada rayon teatrlarında rejissor işləyib. O, həm də Moskvanın Taqanka teatrında, sonra Mayakovski adına Moskva Akademik Teatrının truppasında çıxış edib.

Cəbrayılov ilk dəfə 1962-ci ildə kinoya çəkilib, "Sahiblər" filmində rol alıb. Ümumilikdə 79 filmdə rol alıb.

Azərbaycan kinosunda "1001-ci qastrol", "De ki, məni sevirsən!", "İşgüzar səfər", "Nizami", "Bəyin oğurlanması", "Alman klinikasına şəxsi səfər" "Ölsəm... bağışla" filmlərində maraqlı obrazlar yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR