Natiq Axundov: "Məqsəd sahəvi jurnalistikanın inkişaf etdirilməsidir"

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə "Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda media nümayəndələri üçün təlim keçirilir.

Metbuat.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundovun sözlərinə görə, təlimin məqsədi gömrük sistemində aparılan islahatların perspektivləri və mahiyyəti barədə KİV-nin məlumatlandırılması, sahəvi jurnalistikanın inkişafına dəstəkdir:

"Gömrük spesifik sahə olduğu üçün, ümid edirik ki, bu təlim sahəvi jurnalistikaya töhfəsini verəcək".

O həmçinin bunun media nümayəndələri ilə 5-ci görüş olduğunu diqqətə çatdırıb:

"Bu dəfəki təlimin fərqi ondan ibarətdir ki, biz bu tədbiri Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etmişik. Verilən dəstəyə görə də onlara təşəkkür edirik".

Sonra Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova "Media islahatları: Əsas hədəflər" mövzusunda məruzə edib. Medianın İnkişafı Agentliyinin media sahəsində həyata keçirdiyi islahatların istiqamətləri haqqında ətraflı məlumat verən P.İbrahimova normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, media savadlılığının qurumun əsas prioritetlərindən olduğunu bildirib. O, çıxışını hər istiqamətə uyğun olaraq görülən işlər, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verməklə yekunlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR