Qazaxda 20 yaşlı qız dəm qazından zəhərlənib

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

Metbuat.az APA-ya istinadən, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.

2002-ci il təvəllüdlü B.Rzayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə gənc qız yaşadığı evdə dəm qazından zəhərlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR