Stadionda dəhşət yaşandı: Çox sayda ölü və yaralı var -

Kamerun və Komor adaları komandaları arasında futbol üzrə Afrika Millətlər Kubokunun 1/8 final mərhələsinin keçirildiyi stadionda izdiham baş verib.

Metbuat.az xəbər verir ki, hadisə zamanı azı 8 nəfər həlak olub. Onlarla yaralı var. Yerli mənbələrin məlumatına görə, 60 000 tamaşaçı tutumu olan stadiona pandemiya səbəbilə təqribən 48 min tamaşaçının girməsinə icazə verilib. Lakin stadiona 50 min tamaşaçı girməyə çalışıb.

Qeyd edək ki, Kamerunun "Olembe" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR