Bu il də magistratura imtahanları iki dəfə keçiriləcək -

“Ötən ildən magistraturaya qəbul 2 dəfə keçirilir”.

Metbuat.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova bildirib.

N.Bayramova imtahanların bu il də 2 dəfə keçirilməsinin planlaşdırıldığını deyib: “Amma hələ ki, pandemiya şəraitində yaşayırıq. Qrafiki açıqlayanda da deyirik ki, bu yalnız proqnoz əsasında edilir. Amma çalışsınlar ki, I imtahanda iştirak etsinlər. Müəyyən obyektiv, subyektiv səbəblərə görə 2 dəfə keçirilməsə DİM-i ittiham etməsinlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)