x
Loading...

​Tacir Şahmalıoğlu müflis olduğunu etiraf etdi: “Maşınımı və yoldaşımın qızıllarını satdım” - VİDEO

"Maddi cəhətdən baxanda yemək-içmək çöldən pul ilə alınır. Birdən ayıldım ki, 30 min borcum var".

Metbuat.az xəbər verir ki, bunu ARB TV-nin “Onun Sirri” verilişində müğənni Tacir Şahmalıoğlu deyib. İfaçı pandemiyanın kəskin dövründə maddi çətinlik çəkdiyini etiraf edib

“Pandemiya düşəndə ailəmi götürüb, Ramanadakı bağ evimizə getdik. Fikirləşirdim ki, bizə kömək edəcəklər, toy olacaq, o da olmadı. Toylara son qoyuldu. Ömür boyu evimiz qonaqlı olub. Qonaq gəlməyəndə darıxırıq. Hər gün bizdə yeyib-içmək olurdu. Maddi cəhətdən baxanda yemək-içmək çöldən pul ilə alınır. Birdən ayıldım ki, 30 min borcum var. Dostlarım sağ olsun, çətin günümdə yanımda oldular. Hansısa dostuma zəng edirdim ki, mənə pul ver. 2-3 min verirdilər və beləliklə 30 min borcum oldu. Müflisləşdim, pulum qurtardı, əlimizdə olan nə varsa satdıq. Sağ olsun yoldaşım məni heç vaxt tək qoymayıb. Mən ona təkan olmuşam, o da mənə. Pulum yoxdur deyəndə qızlını mənə verdi ki, satım. Mən də utana-utana onun qızlını və öz maşınımı satdım”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR