DİM-dən Ramin Bayramlı ilə bağlı AÇIQLAMA:

Xəbər verdiyimiz kimi, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlının Dövlət İmtahan Mərkəzində yeni vəzifəyə təyinat alması ilə bağlı məlumat yayılıb.

Qeyd olunub ki, R.Bayramlı müşavir vəzifəsinə təyin edilib.

Bu məsələ ilə bağlı DİM rəsmisi Xanlar Xanlarzadə səsləndirilən fikirlərlə bağlı açıqlama verib. Mətbuat katibi Metbuat.az-a özəl olaraq deyib ki, yayılan xəbərlərin əsası yoxdur, həqiqətə uyğun deyil.

Məlumat üçün bildirək ki, Ramin Bayramlının Dövlət İmtahan Mərkəzində (DİM) fəaliyyətini davam etdirəcəyi xəbərinə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də münasibət bildirərək manşet.az-a bildirmişdi ki, Ramin Bayramlı DİM-də qeyd olunan vəzifəyə təyinat almayıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR