Şəkildə gördüyünüz şəxs I Dünya Müharibəsinin səbəbkarı - Qavrillo Prinsipdir.

O, Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinandı öldürdükdən sonra bəşər tarixində ilk Dünya Müharibəsi baş verdi.

Həbsxanada olarkən ondan, "Bu qədər insanın həyatına son qoyan müharibənin əsas səbəbkarı kimi utanırsanmı?", - soruşmuşdular. O isə, "Mən öldürməsəm də, müharibə başlayacaqdı", - cavabını vermişdi.

Qavrillo Prinsip 23 yaşında həbsxanada dünyasını dəyişib.

Bu şəxs Dünya Müharibəsinin səbəbkarıdır  (FOTO)

Qavrilo Prinsip avstriyalıları Bosniya-Herseqovinadan çıxarmağı qarşısına məqsəd qoyan Mlada Bosniya təşkilatına mənsub idi. O, "Qara Əl" təşkilatının Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinanda qarşı hazırlanmış sui-qəsdi planında baş killer idi. Qavrilo Prinsip 28 iyun 1914-cü il tarixində Sarayevoda mərkəzinə gəlir və ya yemək məqsədi ilə şəhər mərkəzinə gedir. Gözlənilmədən qarşısına Ferdinand və həyat yoldaşının olduğu avtomobili çıxdı. Çünki bundan əvvəlki sui-qəsd planını uğursuz alınmışdı və sui-qəsdçilər vəliəhdin sərbəst şəkildə harasa gedəcəyini düşünmürdülər. Fürsətdən istifadə edən Prinsip dərhal əlini "Brauninq" tipli tapançasına ataraq atəş açır. Ferdinandın boynundan girib çıxan güllə eyni zamanda həyat yoldaşı Sofiyaya da tuş gəldi.

Bu sui-qəsddən sonra Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və ona qarşı müharibə elan edir. 1914-cü ilin iyulun axırında Avstriya-Macarıstan ordusu Serbiya ərazisinə daxil oldu. Belqrad şəhəri bombardman edildi. Rus İmperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə avqustun 1-də Alman İmperiyası Rusiyaya, avqustun 3-də isə Almaniya Fransaya müharibə elan etdi. Almaniya Prussiya tərəfindən imzalanmış Belçikanın bitərəfliyi haqqında müqaviləni "ağ kağız" adlandırdı və avqustun 4-də Belçikaya hücum etdi.

Belçikanı müdafiə etmək bəhanəsi ilə Böyük Britaniya Almaniyaya müharibə elan etdi. Getdikcə yeni-yeni ölkələr müharibəyə qoşuldular. 1914-cü il avqustun 23-də Yaponiya Almaniyaya qarşı müharibə elan etdi. Lakin, o Avropaya qoşun göndərmədi, Yaponiya Almaniyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa çalışırdı.

1914-cü ildə Osmanlı dövləti "Üçlər İttifaqı" tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq oktyabrın 2-də Rusiya, 5-də Böyük Britaniya, 6-da isə Fransa Osmanlıya qarşı müharibə elan etdi. Suriya, Fələstin və Qafqazda yeni cəbhələr açıldı.

Bu şəxs Dünya Müharibəsinin səbəbkarıdır  (FOTO)