x
Loading...

Bakıda gecə klubunda əməliyyat keçirildi: Saxlanılanlar var - VİDEO

Bakının Nizami rayonunda polis əməliyyat keçirib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Qara Qarayev prospekti 61-B ünvanında yerləşən X-Life gecə klubunda Nizami Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.

Klubun təşkilatçıları içəridə müştəri olarkən saat 12-dən sonra fəaliyyətlərini davam etdiriblər. Nizami Rayon Polis İdarəsinin əməkdaşları kluba daxil olub, 34 müştəri və klubun 4 təşkilatçısı polis idarəsinə aparılıb. Müştərilər barəsində inzibati protokol tərtib edilib. Təşkilatçılar isə saxlanılıb.

Fakt araşdırılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR