Rusiyada rekord yoluxma

Rusiyada son sutka ərzində 113 122 nəfər koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstəricidir.

Belə ki, son sutkada yoluxma sayı 98 040 nəfər olub. Ümumilikdə isə bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 11,61 milyonu ötüb.

Eyni zamanda, son sutkada 668 nəfər həyatını itirib. Bununla da pandemiya qurbanlarının sayı 330 111 nəfərə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR