Azərbaycan Qış İdman növləri Federasiyasına yeni prezident seçilib

Azərbaycan Xizək İdman növlərinin Federasiyasının ümumi yığıncağı keçirilib.

Gənclər və İdman Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, yığıncaqda Federasiyanın adında və Nizamnaməsində dəyişikliklər edilib. Belə ki, bundan sonra təşkilat Azərbaycan Qış İdman növləri Federasiyası adlanacaq.

Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Qış İdman növləri Federasiyasının yeni prezidenti seçilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR