"Naoborot" hər şey qaydasındadır, evdə dünyada baş verənlərə tamaşa edirəm -

"Həyatımda yəqin ki, çox şey dəyişib. Nazir olanda 24 saat, 7 gün işləyirdim. İndi isə mən istirahət edirəm. Evdə dünyada baş verənlərə tamaşa edirəm".

Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun “Qafqazinfo”ya müsahibəsində deyib. Eks nazir qeyd edib ki, o siyasətlə vidalaşmayıb.

"Məsləhətlər verməyə davam edirəm. Siyasətlə vidalaşmamışam. Baş verənlər barədə zəng edib, fikrimi soruşurlar. Mən də fikirlərimi bölüşürəm. Bir ildən çoxdur ki, evdə oturub dünyaya tamaşa edirəm. İdmanla məşğul oluram. Əməlli başlı idmanla məşğul oluram. İdmanı sevirəm. Arıqlamışam, özümü yaxşı hiss edirəm. Əvvəllər qrafikim çox gərgin idi, gecə-gündüz xaricdə, ya da təyyarədə səyahət edirdim. Lakin indi belə bir iş qrafikim yoxdur. Hərdən bir siyasi yazılar yazıram, pozuram. Bunu necə davam etdirəcəyimi fikirləşirəm. Uşaqlıqdan futbola böyük sevgim var, bir futbol oyununu belə buraxmıram. Həm milli komandanın, həm də “Qarabağ” və ya “Neftçi” klubları beynəlxalq turnirlərdə iştirak edəndə o oyunlara həmişə gedirəm".

- Maraqlıdır niyə sosial şəbəkələrdə yoxsuz. Ümumiyyətlə, fikirlərinizi, müşahidələrinizi sosial şəbəkədə paylaşmağı düşünürsünüz?

"İnanmıram ki, bu yaxşı fikirdir. Mənim üçün ora böyük maraq kəsb eləmir. Sosial şəbəkə belə bir şeydir ki, cümə axşamı söhbətlərinə dönür. Mən fikirlərimi qərar qəbul edən adamlarla bölüşmək istəyirəm. Mən öz fikirlərimi onlara çatdıra bilərəm. Sosial şəbəkələr mənim üçün maraqlı deyil.

- Bir ara səhhətinizdə problemlərin olması ilə bağlı xəbərlər çıxmışdı?

Yox, naoborot. Hər şey qaydasındadır. Gündə ən azı bir saatdan, üç saata qədər idmanla məşğul oluram. Təsəvvür elə səhhətim pisdir...



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR