Öldürülərək quyuya atılan Məryəmin FOTOSU YAYILDI -

Yanvarın 31-də Bakıda öldürülərək quyuya atılan 4 yaşlı qızın fotosu yayılıb.

Metbuat.az-ın məlumatına görə, hadisə ilə bağlı İTV-yə danışan qızın atası Taleh Allahyarov bildirib ki, o qızı Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub:

“Həyat yoldaşımla boşandıqdan sonra Məryəm mənim yanımda qalırdı. İşə gedib-gəldiyim üçün uşağa baxa bilmirdim. Bunun üçün də onu qonşuya verirdim ki, mən gələnə qədər ona nəzarət etsinlər. Axrıncı dəfə Mehmanla yanvarın 23-də danışdım. Dedi ki, uşağı xalası qızına verib, 20 dəqiqəyə gətirib çatdıracaq. Amma daha sonra nə qədər zəng etsəm də, telefonuna zəng çatmadı. Bundan sonra axtarışa verdik”.

Meyiti quyudan tapılan 4 yaşlı Məryəmin ölüm səbəbi məlum oldu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR