Qaxda 57 yaşlı kişi itkin düşüb -

Qaxda 57 yaşlı kişi itkin düşüb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Qaxbaş kənd sakini, 1965-ci il təvəllüdlü Abdulla Abdullayev yanvarın 24-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 155 sm, arıq bədən quruluşlu, saçlarının rəngi sarımtıl, gözləri qəhvəyidir. Evdən çıxarkən üzərində qara rəngli şalvar, gödəkçə və ayaqqabı olub.

"Həmin şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)255-23-52 şəhər və (077) 304-54-44 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR