Füzulidə OSA zenit kompleksinə aid raketlər tapıldı -

Füzuli rayonu ərazisində düşmənin atıb qaçdığı OSA zenit kompleksinə aid raketlər aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, hava hücumundan müdafiə raketləri erməni hərbçilərinin qoyub qaçdığı hərbi hissədə tapılıb. Ərazidən aşkar edilən 20-yə yaxın hava hücumundan müdafiə raketlərinə ANAMA- nın mütəxəssisləri tərəfindən baxış keçirilib və müəyyən edilib ki, döyüşə tam yararlıdır.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə mina təmizləmə əməliyyatları davam etdirilir.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR