“Omikron”a görə məktəblər bağlanacaq? -

Təhsil Nazirliyi koronavirusun yeni ştamı “Omikron”un sürətlə yayılması səbəbindən məktəblərin bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib.

Metbuat.az xəbər verir ki, nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyevin sözlərinə görə, fevralın 2-si tarixinə görə ölkədə 9 məktəbin COVID-19-la əlaqəli distant tədrisə keçdiyini deyib.

Şöbə müdirinin sözlərinə görə, 299 sinif də tədrisi onlayn formada davam etdirir:

“Bir həftə ərzində onlar distant tədrisdə olacaq. Hazırda statistika göstərir ki, yoluma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Lakin sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır. Məktəblərin ümumilikdə bağlanmasına səbəb olacaq problem yoxdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)