21 yaşlı hamilə qadın dəhşətli hadisə ilə üzləşdi: İşə düzəlmək üçün getdiyi fabrikdə... -

Belarusda 21 yaşlı qadıniş görüşməsi üçün getdiyi fabrikdə həyatını itirib.

Metbuat.az xəbər verir ki, qız fabrikdə olarkən saçları cihaza ilişib və nəticədə o həyatını itirib. Hadisənin hansı şəraitdə baş verdiyi məlum olmasa da, qızın qohumları fabrik rəhbərliyini ittiham edib. Məlumata görə, 21 yaşlı qız hamilə olub. “İki can aldılar. Qızım 7 aylıq hamilə idi” - deyə qızın atası bildirib. Məlumata görə, qızın saçları uzun olub. Fabrikdə ona saçlarını örtmək üçün örtük verilməyib. Məhkəmə məsələni araşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR