Abşeronda qadını aldadaraq pulunu alan keçmiş məhkumlar saxlanılıblar

Abşeron Rayon Polis İdarəsinə fevralın 2-də Ceyranbatan qəsəbə sakini R.Allahverdiyevanın aldadılaraq 560 manat məbləğində pulunun alınması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cabbarov və Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş N.Mehdiyev polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıblar.

Araşdırmalarla N.Mehdiyevin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyənləşib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR