Meşəbəyi özünü meşədə asdı

Şəkidə meşəbəyi özünü asaraq intihar edib.

Metbuat.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Kiş kəndində meşəlik ərazidə baş verib.

1968-ci il təvəllüdlü kənd sakini Tahir Cumayevin meyiti ağacdan asılı vəziyyətdə aşkar edilib. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR