Fahrettin Kocadan Ərdoğanın səhhəti ilə bağlı

Koronavirusun "omikron" ştamına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhətinin vəziyyəti yaxşıdır.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca "Twitter"də yazıb.

Kocanın bildirdiyi kimi, xəstəlik onların işinə mane olmur.

Daha əvvəl Ərdoğan bildirib ki, o və həyat yoldaşı koronavirusun "omikron" ştamına yoluxublar.

Türkiyə liderinin sözlərinə görə, xəstəlik yüngül formadadır.

Omicron varyantının hızla yayıldığı bu dönemde, hafif belirtiler üzerine Sn. Cumhurbaşkanımız ve değerli eşleri Emine Erdoğan için yapılan Covid-19 testi pozitif çıktı. Sağlık durumları çalışmalarını aksatmayacak kadar iyi. Kendilerine tekrar geçmiş olsun dileklerimizi sunuyorum. pic.twitter.com/LnOBr3CGHz
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) February 5, 2022

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR