Ermənilərin atəşi nəticəsində mülki tikiliyə güllə dəyib

Mövqələrimiz atəşə tutulan zaman Tərtər rayonunun Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları tərəfimizdən müşahidə edilib.

Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR