Azərbaycanda ağır qəza, iki maşın kanala aşdı -

Beyləqanda üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Eyvazalılar kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "ZİL" markalı yük maşını "OKA" və "Niva" markalı minik maşınları ilə toqquşub.

Nəticədə yük avtomobili və "Niva" markalı minik maşını yoldan çıxaraq su kanalına aşıb.

Qəza nəticəsində avtomobildə olan dörd nəfər xəsarət alıb. Onlar Ağcabədi rayon sakinləri - 46 yaşlı Səfərov Səfər Rafail oğlu, 42 yaşlı Babayev Ramil Kərim oğlu, Ağdam rayon sakini, 53 yaşlı Mehtiyev Əvəz Səfər oğlu və 42 yaşlı Beyləqan rayon sakini Camalov Ceyhun Əsgər oğludur.

Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR