Ötən ay Eşqin Cəlilov adlı şəxslə nişanlanan müğənni Aysun İsmayılova şad günündən fotoları İnstaqram hesabında paylaşıb.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, ifaçı atalığı Fazil Əmiraslanova təşəkkür edib.

"Mənə atalığı öyrədən, o hissi yaşadan, Fazil müəllim, atam, yaxşı ki, varsan! Allah səni mənə çox görməsin. Məni öz qızın kimi gəlin etdiyin üçün çox sağ ol", - deyə, Aysun yazıb.

O, öz növbəsində anası Rəqsanə İsmayılovaya və nənəsinə də minnətdarlıq edib.

Aysun İsmayılova atalığı ilə şəklini paylaşıb bu sözləri yazdı -

Aysun İsmayılova atalığı ilə şəklini paylaşıb bu sözləri yazdı -