Azərbaycan Premyer Liqası: "Neftçi" "Qarabağ"la qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq.

Metbuat.az xəbər verir ki, 2021/2022 mövsümünün ikinci yarısı XV turun 2 oyunu ilə start götürəcək.

Turun açılış matçında "Keşlə" "Zirə"ni qəbul edəcək. "ASK Arena"da İnqilab Məmmədovun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq. Hazırda meydan sahibləri 14 xalla 6-cı, qonaqlar isə 22 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ikinci oyunu Azərbaycan derbisi ilə əlamətdar olacaq. Turun mərkəzi qarşılaşmasında 33 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" və 22 xalla 3-cü sırada yer alan "Neftçi" münasibətlərinə aydınlıq gətirəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 19:00-da başlayacaq. Görüşü Kamal Umudlu idarə edəcək.

Azərbaycan Premyer Liqası

XV tur

7 fevral (bazar ertəsi)

16:00. “Keşlə” – “Zirə”
Hakimlər:
İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”.

19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər:
Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”.

Qeyd edək ki, tura fevralın 8-də keçiriləcək "Sabah" - "Qəbələ" və "Səbail" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR