Makron Azərbaycanın 8 hərbçini Ermənistana qaytarmasını alqışladı

Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Fransanın dövlət başçısı tviterdə yazıb.

“Səkkiz erməni hərbçisi Azərbaycan tərəfindən azad edilərək Bakıdan İrəvana aparılıb. Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəliləyirik!”, - o qeyd edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR