“Ukrayna ordusu Donetsk və Luqansk bölgələrinə hücum edərsə, Belarus və Rusiya buna birgə cavab verəcək”.

Metbuat.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko belə açıqlama verib. O bildirib ki, ABŞ Ukraynanı hücum etməyə təşviq etmək istəyir:

“Ukrayna məsələsində prezident Vladimir Putin doğru davranış sərgiləyir. Bunu dəstəkləyirəm. Qırmızı xəttimizi çəkdik. Bu xətti keçsəniz onda gününüzü görəcəksiniz”.

Jurnalistin müharibə olacağı təqdirdə Ukrayna torpaqlarına raket hücumunun təşkil edilib-edilməyəcəyi ilə bağlı suala, dövlət başçısı “Təkcə raket hücumu olmayacaq” cavabını verib. Lukaşenko buna bütün vasitələrlə cavab veriləcəyini ifadə edib:

“Qərb istəsə belə Ukrayna Rusiya və Belarusla müharibə aparmayacaq. Müharibə olarsa, maksimum 3-4 gün davam edər”.