Zelenski Almaniyanın Xarici İşlər naziri ilə görüşdən imtina etdi

Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın Xarici İşlər naziri Annalena Berbok ilə görüşü ləğv edib.

Metbuat.az xəbər verir ki, Ukrayna tərəfi bunu dövlət başçısının proqramının sıx olması ilə əlaqələndirib. Lakin xarici KİV-lər yazır ki, Almaniya Ukraynaya Rusiya məsələsində lazımi dəstəyi vermədiyinə görə, Zelenski belə addım atıb.

Almaniyanın Ukraynaya hərbi dəstək üçün sadəcə dəbilqə göndərməyi planlaşdırması Kiyevdə birmənalı qarşılanmamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR